Yeni yazılar

Jurnalistlər, ehtiyatlı olun, yeni təzyiq forması gəlir

May ayının 11-də Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə dövlət strukturlarıyla mətbuatın münasibətlərinə həsr olunmuş geniş müşavirə keçirildi. Bu müşavirə haqqında mətbuatda geniş məlumatlar da öz əksini tapdı. Bu müşavirəyə, bir baxıma mətbuat xidməti işçilərinə aparat səlahiyyətlisi tərəfindən verilən dərs də demək olar. Çünki, əsasən Ramiz Mehdiyevin çıxışı üzərində qurulan tədbirdə mətbuat xidməti işçiləri həm tənqid olundu, həm də mətbuatla əlaqələrin düzgün qurulması istiqamətində bəzi fəndlər öyrəndilər. Bunların heç biri ilə işim yoxdur. Nə onlara öyrədilən fəndlərə əlavəm var, nə də ifadə olunan tənqidlərə. Ancaq…

Ancaq… bu tədbirin nə məna kəsb etdiyinə baxmaq lazımdır…

Birincisi, həmin tədbir ilk baxışda özünütənqidin bir ifadəsi idi.

Çünki, tədbirdə səsləndirilən fikirlər əsasən mətbuatla əlaqələrdə yaşanan problemlərdə dövlət orqanlarının təqsirkar olduğu etirafı üzərində qurulmuşdu. İllərlə dövlət orqanlarının mətbuata təpədən baxışını müşahidə etdik. Mətbuata qarşı saymazlığın nəticələrindən ən ağırı isə qərəzli jurnalist üslubunun qol-qanad açmasıydı. Beləcə, mətbuata ciddi yanaşmayan bir dövlət eyni zamanda həm öz peşəsini lazımi səviyyədə yerinə yetirə bilməyən, həm də öz peşəsinə ciddi yanaşmayan bir jurnalist ordusunun formalaşmasına rəvac verdi. Amma jurnalistika peşəsində yaşanan dərin böhranla yanaşı, çox ciddi informasiya qıtlığından da əziyyət çəkdik. Nazirliklərdə bəzən telefonla danışacaq adam belə tapılmadığı vaxtlar oldu.

İkincisi, bu tədbir mətbuata yeni baxışın formalaşdırılması barədə ilkin siqnal sayıla bilər.

Artıq jurnalistika dövlətin və hakimiyyətin siyasi mənsubiyyəti, tənqidin məzmunu və hədəfini əsas gətirərək üz döndərəcəyi bir peşə sayılmamalıydı. Mətbuat hakimiyyətin düşmanı deyildi. Amma dostu da deyildi. Bax bu məqamda isti münasibətlərin qurulması yoluyla soyuq müharibənin sonlandırılması vaxtı gəlib çatmışdı. Jurnalistikanı, mətbuatı özünə düşman etmiş bir strukturun daxildə və xaricdə səmimi dost tapması gözlənilməməliydi. Ayrıca, mətbuat dövlətlə xalq arasında körpü rolu oynama potensialı baxımından ən əhəmiyyətli bir sivil qurum ikən bu qurumun informasiya ehtiyacı qarşılanmalıydı. Necə ki, informasiya mətbuatın, jurnalsitikanın həyat mənbəyisə, eləcə də demokratik cəmiyyətlərdə idarəedici strukturların legitimliyini və inandırıcılığını təmin edən zəruri bir qidadır. Elə buna görə də srağagünkü müşavirə ilk dəfə mətbuata yeni bir baxışı ifadə edirdi. Artıq mətbuat filan partiyanın, filan qrupun, filan şəxsin mətbuatı olmaqdan çıxmış, ictimaiyyətlə əlaqələrin qurulmasında və dövlətin özünü xalqa ifadəsinda körpü rolu oynayan bir vasitəyə çevrilmişdi. Ramiz Mehdiyevin çıxışında bu baxışın formalaşmağa başladığını oxumaq mümkündür.

Üçüncüsü, bu müşavirə, potensial olaraq, informasiya əldə etmə prosesində yaşanan çətinliklərin aradan qaldırılması üçün təkan rolu oynaya bilər.

Üstəlik, bu rolu dövlət başçısının son vaxtlar mətbuat və jurnalistlərin normal fəaliyyətinə müsbət yanaşmalı çıxışları ilə birlikdə düşünmək də olar. İndiyə dək dövlət strukturlarında mətbuat xidməti nə yazıq ki, tam mənasıyla formalaşmış sayılmaz. Adətən mətbuat xidmətləri jurnalistlərdən gələn müraciətlər əsasında fəaliyyət göstəriblər. Bu belə, çox vaxt, mümkün olmayıb. Xidmətə rəhbərlik edən şəxsləri tapmaq ən müşkül məsələlərdən birinə çevrilib. Daha da maraqlısı mətbuat xidmətləri öz rollarını, vəzifələrini, bu vəzifənin ictimai maraqlar baxımından vacibliyini lazımi səviyyədə nə başa düşüblər, nə də öz rəhbərlərinə başa salıblar. Jurnalistlər üçün açıq görülən qapılar həmişə bağlı çıxıb. Mətbuat xidməti işçilərilə keçirilən müşavirə də onların xidmətinə verilən qiymət baxımından mənalı sayıla bilər.

Dördüncüsü və hələlik sonuncusu, hətta ən əhəmiyyətlisini isə bu sözlərlə ifadə etmək istəyərdim: “jurnalistlər ehtiyatlı olun, yeni təzyiq forması gəlir”.

Artıq daha ayıq olma vaxtıdır. Söz yox, bu təzyiq nə senzor qayçısı kimi işə düşəcək, nə də kiminsə həyatına bais olacaq. Necə ki, elə Mehdiyevin özü demişkən, “…demokratik cəmiyyətdə ictimai fikrə təsirin metodları yenidir…” Sözü gedən müşavirənin elə can damarı da bu sözlərdə gizlənib. Təbii olaraq hakimiyyətin maraq dairəsi ictimai fikrə təsir dairəsi ilə üst-üstə düşür. Bu günə qədər mətbuat xidmətindən məlumat ala bilməyən, hətta qapısına yaxınlaşmayan jurnalist üçün qapılar açıqdır. Amma qapının arxasında isə həmin maraq – ictimai fikrə təsir dairəsi var. Bundan sonra jurnalist ya o dairənin içindən keçib ictimai fikrə təsir mexanizminin bir alətinə çevriləcək, (təzyiqə məruz qalacaq) ya da bacarırsa o dairənin sağından-solundan sıyrılıb öz peşə məqsədinə nail olacaq, (özünü təzyiqdən qoruyacaq) ya da elə köhnə hamamda oturub köhnə tasla oynamağa davam edəcək (özü özü üçün jurnalistlik edəcək).

Mən bunu yeni bir təzyiq forması sayıram. Kaş mətbuatımızın və jurnalistikamızın tək dərdi belə təzyiq olsa…

Hə, bu arada, elə başa düşməyin ki, yuxarıda “birincisi” deyə başlayıb “dördüncüsü” deyəndə dayandığım və o ikisi arasında yadıma düşüb qeyd etdiklərim Azərbaycanda baş verir. Kaş… Hələlik səs müşavirədən gəlir. İşə gəldikdə isə, gözləyib onu da görəcəyik…

Rizvan Qənbərli

mediAnaliz arxivindən

Jurnalist toxunulmazlığı və “Uniformalı jurnalist-2”

“Üçlər” blokunun mayın 21-də keçirdiyi etiraz aksiyasından reportaj hazırlayan “Zerkalo” qəzetinin əməkdaşı Fərid Teymurxanlı polis işçiləri tərəfindən döyülüb.

Hadisəyə münasibət bildirən bəzi yoldaşlar isə deyir ki, Fərid Teymurxanlı döyülərkən əynində Mətbuat Şurasının mitinqlərdə iştirak etmək üçün jurnalistlərə payladığı xüsusi gödəkçə olub. Bu isə jurnalistin toxunulmazlığını təmin edən bir geyimdir. Bax əsl narahatlıq doğuran məsələ də bundan ibarət imiş…

Mən də narahat oldum. Amma məni narahat edən başqa məsələdir…

“Zerkalo”nun əməkdaşı həmin gün hadisə yerinə gedərkən, böyük bir həvəslə Mətbuat Şurasının verdiyi gödəkçəni (bilirsiniz də, mən ona “uniforma” deyirəm) geyinib düşmüşdü yola. Xoşbəxtlikdən uniformanı geyinməyi unutmamışdı. Hətta, nə yaxşı ki, aksiyaçılar əvvəlcədən aksiya keçirəcəklərini, polis də əvvəlcədən dağıdacağını bəyan etmişdi ki, jurnalistlər Mətbuat Şurasının verdiyi gödəkçələri geyinib gəlsinlər. Yadıma gəlmir, deyəsən hələ bu gödəkçəni geyinmək qismət olmamışdı. Nə isə… Amma taleyin hökmünə bax ki, hansı ümidlərlə hazırlanan, necə təmtəraqla təqdim olunan və hansı həvəslə jurnalistlərin geyindiyi bu uniforma elə ilk imtahanındaca sinifdə qalmışdı. Polis baxmayıb geyimə-gecimə, təkcə polis uniforması xaric, qalan nə uniformalı şəxs varsa, əli yetənə, gücü çatana öz səxavət boxçasından pay verib.

İndi deyirlər ki, belə olmaz axı, siz jurnalisti döymüsünüz, həm də bizim verdiyimiz uniforma əynindəykən, üstündə də MŞ yazılmışkən, bu nə cəsarətdir, tapıbssınız, bu nə hörmətsizlikdir, törədibsiniz.

Burada bir xatırlatma yerinə düşər. Jurnalistlər üçün tikilmiş fərqləndirici gödəkçə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə layihəsi çərçivəsində hazırlanıb jurnalistlərə paylanmışdı. Həm də elə paylanmışdı ki, jurnalistlərin kütləvi iğtişaşlarda təhlükəsizliyini bundan gözəl təmin edəcək başqa yol olmadığı da deyilmişdi.

Bunu xatırladmışkən, düz 7 fevral 2004 tarixində yazdığım və elə bu saytdaca yerləşdirdiyim “Uniformalı jurnalist” başlıqlı məqaləm yadıma düşdü. O yazıda demişdim ki:

“Uniforma tek tip insanlara geyindirilir. Polise, herbçiye vs. Bu qüvvelerin hamısı üçün ortaq fealiyyet prinsipleri ve terzi var. Jurnalistikada bele deyil ki? Jurnalistin biri münaqişe esnasında döyülenlerin yaralarıyla maraqlanar, bir başqası ise yürüşçülerin polis qüvvelerine direnişiyle. Birisi üçün insanların polise atdığı daş çox önemli bir simvoldur, bir başqası üçün havaya atılan silah. Bir jurnalist üçün esas xeber menbeyi hadise yerindeki polis qüvvelerinin rehberidir, bir başqa jurnalist üçün ise ağır yaralanan övladının başının üstündeki gözü yaşlı anadır.

Siz bu jurnalistlerin hansına uniforma geyindirib hansını qorumaq isteyirsiniz, beyler?”

Elə beləcə soruşmuşdum. Sağ olsunlar, həmin vaxtlar fikrimə bir çox mənbədən dəstək gəldi. Amma elə gələn dəstək məktublarının özündə belə “sanki” deyə başlayan və “bəlkə”lərlə qurtaran ümid ifadələri də var idi. Var idi, çünki, ortada bir təhlükə varsa axtarib tapılası pənah yerləri də çox olur. Onlardan biri də, toxunulan jurnalisitin toxunulmazlığını təminat altına alan fərqləndirici geyim idi.

Bir ümid daha puça çıxdı. Uniformalı jurnalist polis tərəfindən döyüldü.

Üstündə MŞ yazılı zirehli forma icad etsək, bu döyülmə təhlükəsindən yaxamızı xilas edə biləcəyikmi?

Ya da hər redaksiya üçün tank alıb üstünə yekə hərflərlə MŞ yazıb, düz qənşərinə də lap yekə hərflərlə PRESSA yazdıqdan sonra Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirsəkmi?

Jurnalistləri müdafiə təşkilatları yerinə jurnalistləri müdafiə dəstələri qursaqmı? Onda Avropa nə deyər görəsən?

Bir də jurnalist döyülüb deyə Mətbuat Şurasını döyəsi deyilik axı. Yazıq şura, mətbuat heç kimi döyməsin deyə qurulmuş ikən (düzü, bundan əmin deyiləm) indi özü adam döyəsi deyil ki….

Ah Ah… Ah demişkən Azərbaycan hakimiyyəti yadıma düşdü… Baxın əvvəllər jurnalist döyülərkən heç kimdən səs çıxmırdı, indi polis orqanlarının rəhbərləri də günahkarları cəzalandıracaqlarını deyirlər. Bu də bir irəliləyiş sayılabilərmi?…

İrəliləyiş demişkən… Bu zəhrimara qalası mentalitet nə vaxt irəliləyəcək axı?

Jurnalist müdafiəsini ona gödəkçə paylamaqla bərabər tutmaq bizi hansı ali məqsədlərə xidmət edən bir prosesə aparıb çıxaracaq? Jurnalist toxunulmazlığını yarım metrə parçadan tikilmiş bir gödəkçəyə əmanət etməklə öz mentalitetimizi kimə və nəyə (niyəsini soruşmuram daha) əmanət edəcəyik?

Bu sualların cavablarını atıram yaxın kənara. İndi boğazına tikiş atılmış, ciddi xəsarət almış jurnalist oturub kimə qarğış edəcək: Polisəmi, Mətbuat Şurasınamı, yoxsa onun adı yazılmış və bilmirəm necə bir həvəslə geyindiyi “FƏRQLƏNDİRİCİ GEYİMƏ”mi? Ya da gələcək aksiyalarda jurnalistlər yuxarıda sadaladıqlarımın hansına arxayın olmalıdır, varmi bilən? Bəlkə oturaq, jurnalist toxunulmazlığını yenidən, səmimi şəkildə təsvir edək və bu yeni təsvirə uygun müdafiə metodları tapaq. Elə metodlar ki, müdafiə etdiyi jurnalisti uçuruma sürükləmədən inkişaf da etdirə bilsin…

Hə, mən fərqləndirici geyimə qarşı da deyiləm, bunu da biləsiniz. Kim nə istəyir geyinsin, özü bilər. Amma heç kim qalxıb ayağa, yarım metrə parçadan tikilmiş bir uniformanın, bağışlayın, FƏRQLƏNDİRİCİ GEYİMin jurnalist toxunulmazlığını təmin etməsindən dəm vurmasın. Daha deməsin ki, jurnalist toxunulmazlığı geyimdən asılıdır. Səmimiyyətimizi qoruyaq, simvolların dalınca qaçıb özümüzü simvola çevirməyək. Jurnalistikamız nə əziyyət çəkirsə, elə bu simvolizmdən yaxa qurtara bilmədiyimiz üçün çəkir.

Rizvan Qenberli

mediAnaliz arxivindən

23 may 2005

İnternet jurnalistikası, oxucu problemi, professor Meyer və Məmməd kişi

Ötən gün elektron poçtuma daxil olan bir xəbər məni heyrətə salmasa da düşündürdü. Gələn məktubda Amerikanın “Christian Science Monitor” adlı qəzetində yer alan bir xəbərdən söhbət gedirdi. Ərinmədim, açdım qəzetin internet versiyasını… Çünki, məktubda yazılan reklam xarakterli cümlələr ilk anda diqqətimi çəkmişdi:

“1964-cü ildə yeniyətmələrin 81 faizi qəzet oxuyurdusa, 2004-cü ildə bu rəqəm 52 faizə qədər azalıb. Belə davam etsə, bir neçə on ildə qəzet oxuyan heç kim qalmayacaq”

Bu sətirləri oxuyub daha əvvəl yazdığım məqalələrdən birini xatırladım. O yazıda da Azərbaycanda qəzetlərin oxucu tapmaqdakı çətinliklərinə ötəri də olsa nəzər salmağa çalışmışdım. Ötəri bir gülümsəməylə Amerikanın da artıq Azərbaycana oxşamağa başladığını düşünməyə başlayırdım ki, həmin xəbərin tam mətnini oxuduqdan sonra vəziyyətin tamam fərqli olduğunu başa düşdüm.

“Christian Science Monitor” qəzetində yer alan “Newspapers struggle to avoid their own obit” başlıqlı xəbərdə amerikalı jurnalistika professoru Philip Meyer dəyir ki, artıq xüsusilə gənclər internet qəzetlərini oxumağa meyllidir. Bunun nəticəsində də çap qəzetlərini oxuyanların sayı gündən-günə azalır. Oxucu dairəsi daralan çap qəzetlərinə bir gün rastlaşmama ehtimalını qorxaraq və qorxudaraq vurğulayan professor Meyerin bu fikrinə qarşı çıxmaq üçün olduqca samballı arqumentlər gətirmək olar. Amma mövzunu “internet çap mətbuatını öldürəcəkmi?” sualına cavablarla məhdudlaşdırmaq istəməzdim. Əksinə, istərdim ki, ənənəvi qəzetlərə təhlükə olaraq görülən və çoxlarının həyəcan təbilini çalmağa başladığı bir vaxtda ölkəmizdə internet mediasının hansı vəziyyətdə olduğuna baxaq və beləcə internetin gətirdiyi fürsətlərdən nə dərəcədə faydalanıb, təhlükələrindən də nə dərəcədə yayına bildiyimizi görək.

Ölkə mətbuatının internetlə gəc tanış olması bilinən bir həqiqətdir. Dünyada gedən təxnoloji inkişaf prosəsindən hələ da dalda qaldığımız da heç kimə sirr deyil. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi aparıcı qəzetlərimiz artıq internet vasitəsilə də fəaliyyət göstərir. Başqa sözlə çap mətbuatı onlayn variantlarını yaradaraq elektronik məkanda da öz oxucusunu itirməmə mübarizəsi vərir. Amma…

Amma bütün məsələ çap mətbuatının internet variantlarının nə qədər təsirli olub –olmamasından ibarət deyil. Tam əksinə əsl məsələ internet qəzetlərinin və internet jurnalistikasının Azərbaycanda inkişafıdır. Bu inkişaf jurnalistikamız üçün əhəmiyyət kəsb edən bir mövzudur, çünkü milli mətbuatımızın hələ də sadiq oxucuya çevirə bilmədiyi müəyyən təbəqə alternativ mətbuat axtarışındadır. Heç şübhəsiz bu axtarışın cərəyan etdiyi məkanlardan biri də internet olmaqdadır. Elə bu baxımdan da, alternativ axtarışlara vərə biləcəyimiz alternativ cavablarımız məhdud olduğu üçün çox geridə olduğumuzu söyləmək mümkündür.

Xatırlayırsınızsa, Bill Klintonun kreslosunu silkələyən Monika skandalı məhz bir internet saytı vasitəsilə ortaya çıxmışdı. 2003-cü il prezidənt səçkilərində Azərbaycan müxalif mətbuatının ən çox müraciət etdiyi xəbər mənbələrindən biri də Türkiyədə yaradılmış bir internet qəzetiydi.

Sırf bu iki örnək internet mediasının hansı potensiala malik olduğunu göstərir. Bəs Azərbaycanda…

Səhv etmirəmsə bizim ilk internet qəzetimiz Xəbər.net olmuşdu. Amma bu saytın bəlkə də ən mənfi cəhəti çap mətbuatında yer alan informasiyanı olduğu kimi elektronik məkana köçürməsiydi. Elə “xəbər.net”in ardından yaradılan bir nəçə layihə də eyni yola davam ədib, çap mətbuatının yığma elektronik variantından irəli gedə bilmədi. Daha sonra internet gəzintisi zamanı rastladığım başqa-başqa saytlar da internet qəzeti adını ala bilmədilər.

İndi problemin adını qoya bilərik. Yuxarıda fikirlərinə yer verdiyim professor Meyerin toxunduğu problem fərqli olsa da, (hətta problemin səbəbləri haqqında da bambaşqa bir mövzuya toxunsa da), Azərbaycan internet məkanında yaşadığımız problemin mahiyyəti tamam başqadır. Bizdə çatışmayan internet jurnalistikasıdır. Yəni, jurnalistika praktikasının bütün mərhələlərindən keçib yalnız oxucuyla görüş məkanı baxımından fərqlənən bir janrın yoxluğunu aşıq-aşkar hiss edirik. Söz yox, son vaxtlarda bu bədbinliyi ortadan qaldıran təşəbbüsləri də qeyd etmək lazımdır. Rus dilində “Day.az” və Azərbaycan türkcəsində “Media Forum” saytları internet jurnalistikası baxımından ilk örnəkləri təşkil edir. Xüsusilə “Media Forum” saytının artıq özünəxas bir üslub və araşdırma xəttinə sadiq qalması, bundan əlavə digərlərindən fərqli olaraq çap mətbuatına istinad etməkdənsə artıq çap mətbuatına mənbə olmasını Azərbaycan internet jurnalistikası baxımından sevindirici bir işarət saymaq olar. Amma təbii ki, problemlər də olduqca çoxdur və indilik biz bu problemlərin tədricən həll olunacağını ümid edə bilərik. Çünki, problem internet jurnalistikası ilə məşğul olacaq professionalların varlıği və onların bu işin öhdəsindən gəlib-gəlməmə bacarığı ilə məhdud deyil. Kaş belə olsa… Başqa sözlə, professor Meyerin fikirlərinə qayıdıb internetin Azərbaycan jurnalsitikası və mətbuatı üçün oxucu problemi yaradıb yaratmadığına baxsaq, onda görərik ki, əcnəbini çap mətbuatından uzaqlaşıran səbəblə Məmməd kişini çap mətbuatına yaxın qoymayan səbəblər bambaşqadır. Daha Məmməd kişinin komputəri olub-olmadığını dəmirəm…

Rizvan Qənbərli

mediAnaliz arxivindən

30 aprel 2005

YALANÇININ EVİ YANARSA

Öten yazıda xeber menbeyinden söz açarken menbe gizliliyi problemine toxunmuş ve dünya praktikasına nezer salaraq Azerbaycan jurnalistikasındakı menbe-jurnalist münasibetleri haqqında kiçik bir müzakire aparmışdıq. Hemin müzakireni bu yazıda da davam etdiririk.

Xatırlayırsınıza, öten yazının sonunda, Azerbaycan jurnalistikasında gizli menbe probleminden söz açıldığı vaxt, ister-istemez “Vaşington Post” qezetinden Cenıt Kuku xatırladığımı yazmış ve niyesini bu yazıya saxlamışdım. İndi hemin sualın cavabını verirem. Tebii ki, evvelce Cenıt Kukun başına gelenleri, daha doğrusu jurnalistika tarixine skandal olaraq yazılmış emelini xatırlayaq:

“Vaşinqton Post” qezetinin müxbiri Cenıt Kuk 1981-ci ilde gizli menbe metodundan istifade ederek meşhur Pulitzer mükafatına layiq görülmüşdü. Amma qısa müddet sonra Kukun saxtakarlıqları ortaya çıxmış ve işine son verilmişdi. Hemin il qezete Pulitzer mükafatını qazandıran, qezetin maqazin müxbiri Cenıt Kuk 8 yaşında eroinman bir zenci uşağın acınacaqlı heyatı haqqında bir yazı qeleme almış ve bu yazısıyla Pulitzer mükafatına layiq görülmüşdü. Xeberi yazdığı vaxt zenci uşağın şexsiyyetini gizli tutmuş, redakisya da onu bu mövzuda sıxışdırmamışdı. Amma Kuk mükafatı aldıqdan bir müddet sonra, yerli idareler uşağa kömek eli uzatmaq isteyince, hemin xeberin tamamen uydurma olduğu ortaya çıxmışdı. “Vaşinqton Post” qezeti ise oxucularından üzr istemek mecburiyyetinde qalmış ve Kukun işine son vermişdi.

Kuk, eslinde çox sade olan, bu gün Azerbaycan jurnalistikasında her gün örneyiyle qarşılaşdığımız bir metoda el atmışdı: Xeber uydurmuşdu. Yalan yazmışdı. Özünden bir hekaye qurub, bu hekayeni jurnalistikanın peşekar qaydalarından sui-istifade ederek kağıza yazmış ve neticede her kesi özüne inandıra bilmişdi. Jurnalist hilegerliyi amerikalı jurnalistlerin can atdığı bir mükafata layiq görülmüşdü. Qısa müddet sonra ise bu saxtakarlığın üstü açılmışdı.

Menbeyi bilinmeyen xeberler çox vaxt inandırıcı olmamaqdadır. Bezen anonim menbe enenesinin jurnalistler terefinden qeyri-exlaqi meqsedlerle istifade olunduğu da söylene biler. Jurnalist öz beynindeki ssenariye esasen bir xeber hekayesi yazar ve menbeni gizli tutaraq bu xeberi qezetine teqdim eder. Eynile Kukun etdiyi kimi…

İndi Azerbaycan jurnalistikasında moda olan bu metod çox ciddi narahatlıq yaratmaqdadır. Hetta gizli menbeden istifade etmek jurnalist kompleksinin bir hissesine çevrilib. Bele ki, öz xeberinde gizli menbenin verdiyi bilgilere istinad etmek jurnalist nüfuzunu güçlü göstermek meqsedine xidmet edirmiş sanki… Bu meqsedle masa başında oturub xeberini yazanlar iki-üç cümleden birine “melumatlı menbe” sözünü yapışdıraraq öz peşe vezifesini yerine yetirir. Öten aylarda, qezetlerimizden birinde çap olunmuş xeberde bele bir melumat var idi: şeherin hansısa nöqtesinde atışma baş verib ve atışmanın iştirakçılarının şexsiyyeti haqqında melumat yoxmuş. Bu xeber metninin ikinci ve ya üçüncü cümlesi, sehv xatırlamıramsa beleydi: “Melumatlı menbenin bildirdiyine göre atışma gece saat 2 radelerinde baş verib.”

Oxuduğumda o qeder gülmüşdüm ki…Soruşmazlarmı ki, eger senin menben bu qeder melumatlıdırsa, nece olur ancaq hadisenin saatından xeberdardır? Yaxud da, demezlermi ki, hadisenin gece saat 2- de baş vermesi, hansı elahidde bir heqiqete işıq tutur ki, bunu bildiren menbe adının açıqlanmasını istemir?

Üstelik, bu xeber Azerbaycan jurnalistikasındakı gizli menbe qaydasının tetbiqi baxımından olduqca besit bir örnekdir. “Melumatlı menbe” etiketinin arxasında gizlenmiş daha ne qeder ciddi peşe skandalları vardır, bilinmez. Amma bilinen odur ki, Azerbaycan jurnalistikası, heç olmazsa, kimin döyüldüyü, kimin söyüldüyü meselelerine ayırdığı vaxtın yarısını artıq peşekarlıq standartlarına ayırmalıdır.

Rizvan Qənbərli

mediAnaliz arxivindən

24 sentyabr 2004

Etiket xesteliyi

Bir neçe gün idi ki, mediAnaliz texniki problemlere göre işlemirdi. Diqqetli oxuculardan uzaq qalmağın ne qeder çetin olduğunu görüb bu problemi domain adında yüngül bir deyişiklikle hell etdim. İndi tekrar görüş vaxtıdır. Bu müddet içerisinde son yazımla elaqedar mene gelen müxtelif tenqid, irad ve hetta tehqirleri nezere alaraq qaldığım yerden davam etmek isteyirem.

Ne demişdim son yazıda? Eslinde her şey, mene aid olmayan ve mene de soruşulmayan bir suala cavab axtarmaq isteyiyle başlamışdı: “Sigarete pul tapan qezete niye pul vermir?” Doğrusu bu suala tam deqiqilyiyle cavab verdiyimi de düşünmürem. Çünkü hemin sualdan istifade edib jurnalistikamızın bezi problemlerine toxunmuşdum, vesselam.

Tenqid ve iradlardan o qeder faydalandım ki, onları qeleme alan her kese minnetdar qaldım. Amma işin diger cebhesinde, dilimin gelmediyi ağır tehqirlerle de qarşılaşdım. Jurnalist döyülmelerine şübheli münasibetimden dolayı meni döymekle hedeleyenler de peyda oldu. Onların dediyine göre, bextim getiribmiş ki, ölkede deyilemmiş. Gülmelidir.

Esl gülmeli olan ise iki gün önce özünü böyük şairimiz Resul Rza adıyla teqdim eden bir şexsin mektubuyla ortaya çıxdı. Xatırladım ki, “Sigarete pul tapan qezete niye pul vermir?” yazısını qeleme aldığım vaxt tarix 9 avqustdu. Hemin yazıda şexsi qalmaqallarından ötrü döyülenlerin de jurnalist kimliyinden istifade edib hay-küy saldığından yumşaq ifadeyle şikayet etmişdim. İşe bax ki, milletvekili Seyavuş Novruzov da bu günlerde, hemin oxucunun yazdığına göre, eyni fikri dile getirib. Hemin oxucu, nece bir elaqe düzeldibse, beynindeki etiketlerden birini mene uyğun görerek ve “Satılmış jurnalist” yazıma eyham vuraraq menim kime satıldığımı soruşur. Her suala cavab vermezler, amma biz öz işaremizi gönderek ki, arif olanlar anlasın.

Müsteqilliyimizi elan etdiyimiz tarixden beri jurnalistikamızda tezyiqlerden, döyülmelerden vs. şikayet etmek bir alışqanlığa çevrilib. Ve bu gün ele bir merheleye gelib çatmışıq ki, artıq jurnalistikamız ele bu qalmaqallarla maraqlanmaqdan diger elahidde meselelere vaxt tapa bilmir. Biz nedense birisi terefinden döyülende, birisi terefinden tezyiqe meruz qalanda ve s. jurnalist olduğumuzu xatırlayırıq. Qalan vaxtlar kimik, neçiyik, bilmirik.

Her kesin bir yaralı yeri, bir şikayeti var. Kimimiz mediamızın iqtisadi problemlerinden, kimimiz jurnalistikanın siyasileşmesinden, kimimiz de metbuata qarşı siyasi tezyiqlerden narahatdır. Men de bütün bu narahatçılıqların nedense gelib peşekarlıq standartlarında birleşmemesinden narahatam. Sonra da biz “hansı jurnalistika?” deyib ah çekende o saat her kes cibindeki hazır etiketlerden çıxarıb üstümüze fırladır “sen de busan” deye.

Göresen etiketsiz bu işi hell ede bilmeyeceyik mi?

Rizvan Qənbərli

mediAnaliz arxivindən

3 sentyabr 2004