Posted in 08/12/2011 ¬ 19:38h.admin
Xəbər mənbəyi, jurnalistlərin peşə həyatında əhəmiyyətli rol oynayırlar. Onların sayəsində jurnalistlər çox mühüm məlumatları toplayır, işləyir və xəbərləşdirərək cəmiyyətə ötürür. Mənbə-jurnalist münasibətləri adətən bu mexanizm üstündə qurulur, çünki jurnalist bilir ki, məlumat almaqda inandığı, hər zaman əlaqə yaratdığı mənbələr yoxsa, peşə karyerası da o qədər kasaddır. Amma eyni zamanda mənbə də bunun fərqindədir və bəzən jurnalistlərin ona olan ehtiyacından istifadə edərək jurnalistləri də öz çirkli əməllərinə ortaq edə bilirlər. (more…)
Posted in 02/12/2011 ¬ 20:59h.admin
Jurnalistika təhsilinə başladığım ilk aylarda müəllimlərimizdən birinin vərdiyi və müzakirə etməyimizi istədiyi suallardan biri də beləydi: “Ölkəniz müharibə şəratindəykən hərbi qüvvələrinizin yəni bir plan üzərində işlədiyi və iki gün sonra hücuma kəçəcəyi məlumatını aldınız. Bunu xəbərləşdirərdinizmi?” Aradan kəçən uzun müddətə baxmayaraq bu sualın tam cavabını şəxsən hələ də tapa bilməmişəm. (more…)
Posted in 02/12/2011 ¬ 20:34h.admin
Qəzetlər müxtəlif olur. Ciddi qəzetlər, bulvar qəzetləri, əyləncə qəzetləri və s. Bir də qəzetlər arasında funksiyaları baxımından fərq var. Misal üçün şirnikləndirmə qəzetləri, araqızışdırma qəzetləri, reaksiya ölçmə qəzetləri….Bu funksional qrup içərisində elə bir qəzet növü də var ki, hansı kateqoriyaya qoysan həmin yerə çox yaraşır. Eyni zamanda hüdudları da çox genişdir. Hər növ qəzeti də bu kateqoriyaya daxil etmək mümkündür. Bu növ qəzetlərə “süfrə qəzetləri” dəyəcəyəm. (more…)