jurnalistler.com “Milli Net 2009″ müsabiqəsinin qalibi oldu

Azərbaycan İnternet Forumunun keçirdiyi «Milli Net 2009» müsabiqəsinin 11 nominasiya üzrə qalibləri müəyyən edilib. «APA-ECONOMICS»in məlumatına görə, müsabiqənin nəticələrinə əsasən, ən yaxşı korporativ sayt nominasiyasında www.mazda.az, qeyri-kommersiya saytları arasında www.adam.az, media nominasiyasında www.azadliq.az, mədəniyyət ,incəsənət, tarix və turizm nominasiyasında www.azerbaijan.az, ailə, uşaq və sağlamlıq nominasiyasında www.evlenirik.biz, idman nominasiyasında www.qol.az, fərdi saytlar və bloqlar nominasiyasında www.jurnalistler.com, xidmət (servis) nominasiyasında www.avtomobil.az, elm və təhsil nominasiyasında www.bsu.edu.az, dövlət və bələdiyyə saytları nominasiyasında www.taxes.gov.az, əyləncə nominasiyasında isə www.milyarder.oyunlar.az qalib gəlib.
Qeyd edək ki, «Milli Net» – Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. Mükafatın əsas məqsədi Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli internet resurslarının ölkədə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdir.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can skip to the end and leave a response. Pinging is currently not allowed.



Təbriklər!!!
Təbrik eidrəm.1-ci olmaq çətin olduğu qədər o yeri qoruyub saxlamaq da bir oqədər də çətindi.Müvəffəqiyyətinin dəvamını diləyirəm və daha yeni qalibiyyətlər arzulayıram.