İnternet jurnalistikası, oxucu problemi, professor Meyer və Məmməd kişi
Ötən gün elektron poçtuma daxil olan bir xəbər məni heyrətə salmasa da düşündürdü. Gələn məktubda Amerikanın “Christian Science Monitor” adlı qəzetində yer alan bir xəbərdən söhbət gedirdi. Ərinmədim, açdım qəzetin internet versiyasını… Çünki, məktubda yazılan reklam xarakterli cümlələr ilk anda diqqətimi çəkmişdi:
“1964-cü ildə yeniyətmələrin 81 faizi qəzet oxuyurdusa, 2004-cü ildə bu rəqəm 52 faizə qədər azalıb. Belə davam etsə, bir neçə on ildə qəzet oxuyan heç kim qalmayacaq”
Bu sətirləri oxuyub daha əvvəl yazdığım məqalələrdən birini xatırladım. O yazıda da Azərbaycanda qəzetlərin oxucu tapmaqdakı çətinliklərinə ötəri də olsa nəzər salmağa çalışmışdım. Ötəri bir gülümsəməylə Amerikanın da artıq Azərbaycana oxşamağa başladığını düşünməyə başlayırdım ki, həmin xəbərin tam mətnini oxuduqdan sonra vəziyyətin tamam fərqli olduğunu başa düşdüm.
“Christian Science Monitor” qəzetində yer alan “Newspapers struggle to avoid their own obit” başlıqlı xəbərdə amerikalı jurnalistika professoru Philip Meyer dəyir ki, artıq xüsusilə gənclər internet qəzetlərini oxumağa meyllidir. Bunun nəticəsində də çap qəzetlərini oxuyanların sayı gündən-günə azalır. Oxucu dairəsi daralan çap qəzetlərinə bir gün rastlaşmama ehtimalını qorxaraq və qorxudaraq vurğulayan professor Meyerin bu fikrinə qarşı çıxmaq üçün olduqca samballı arqumentlər gətirmək olar. Amma mövzunu “internet çap mətbuatını öldürəcəkmi?” sualına cavablarla məhdudlaşdırmaq istəməzdim. Əksinə, istərdim ki, ənənəvi qəzetlərə təhlükə olaraq görülən və çoxlarının həyəcan təbilini çalmağa başladığı bir vaxtda ölkəmizdə internet mediasının hansı vəziyyətdə olduğuna baxaq və beləcə internetin gətirdiyi fürsətlərdən nə dərəcədə faydalanıb, təhlükələrindən də nə dərəcədə yayına bildiyimizi görək.
Ölkə mətbuatının internetlə gəc tanış olması bilinən bir həqiqətdir. Dünyada gedən təxnoloji inkişaf prosəsindən hələ da dalda qaldığımız da heç kimə sirr deyil. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi aparıcı qəzetlərimiz artıq internet vasitəsilə də fəaliyyət göstərir. Başqa sözlə çap mətbuatı onlayn variantlarını yaradaraq elektronik məkanda da öz oxucusunu itirməmə mübarizəsi vərir. Amma…
Amma bütün məsələ çap mətbuatının internet variantlarının nə qədər təsirli olub –olmamasından ibarət deyil. Tam əksinə əsl məsələ internet qəzetlərinin və internet jurnalistikasının Azərbaycanda inkişafıdır. Bu inkişaf jurnalistikamız üçün əhəmiyyət kəsb edən bir mövzudur, çünkü milli mətbuatımızın hələ də sadiq oxucuya çevirə bilmədiyi müəyyən təbəqə alternativ mətbuat axtarışındadır. Heç şübhəsiz bu axtarışın cərəyan etdiyi məkanlardan biri də internet olmaqdadır. Elə bu baxımdan da, alternativ axtarışlara vərə biləcəyimiz alternativ cavablarımız məhdud olduğu üçün çox geridə olduğumuzu söyləmək mümkündür.
Xatırlayırsınızsa, Bill Klintonun kreslosunu silkələyən Monika skandalı məhz bir internet saytı vasitəsilə ortaya çıxmışdı. 2003-cü il prezidənt səçkilərində Azərbaycan müxalif mətbuatının ən çox müraciət etdiyi xəbər mənbələrindən biri də Türkiyədə yaradılmış bir internet qəzetiydi.
Sırf bu iki örnək internet mediasının hansı potensiala malik olduğunu göstərir. Bəs Azərbaycanda…
Səhv etmirəmsə bizim ilk internet qəzetimiz Xəbər.net olmuşdu. Amma bu saytın bəlkə də ən mənfi cəhəti çap mətbuatında yer alan informasiyanı olduğu kimi elektronik məkana köçürməsiydi. Elə “xəbər.net”in ardından yaradılan bir nəçə layihə də eyni yola davam ədib, çap mətbuatının yığma elektronik variantından irəli gedə bilmədi. Daha sonra internet gəzintisi zamanı rastladığım başqa-başqa saytlar da internet qəzeti adını ala bilmədilər.
İndi problemin adını qoya bilərik. Yuxarıda fikirlərinə yer verdiyim professor Meyerin toxunduğu problem fərqli olsa da, (hətta problemin səbəbləri haqqında da bambaşqa bir mövzuya toxunsa da), Azərbaycan internet məkanında yaşadığımız problemin mahiyyəti tamam başqadır. Bizdə çatışmayan internet jurnalistikasıdır. Yəni, jurnalistika praktikasının bütün mərhələlərindən keçib yalnız oxucuyla görüş məkanı baxımından fərqlənən bir janrın yoxluğunu aşıq-aşkar hiss edirik. Söz yox, son vaxtlarda bu bədbinliyi ortadan qaldıran təşəbbüsləri də qeyd etmək lazımdır. Rus dilində “Day.az” və Azərbaycan türkcəsində “Media Forum” saytları internet jurnalistikası baxımından ilk örnəkləri təşkil edir. Xüsusilə “Media Forum” saytının artıq özünəxas bir üslub və araşdırma xəttinə sadiq qalması, bundan əlavə digərlərindən fərqli olaraq çap mətbuatına istinad etməkdənsə artıq çap mətbuatına mənbə olmasını Azərbaycan internet jurnalistikası baxımından sevindirici bir işarət saymaq olar. Amma təbii ki, problemlər də olduqca çoxdur və indilik biz bu problemlərin tədricən həll olunacağını ümid edə bilərik. Çünki, problem internet jurnalistikası ilə məşğul olacaq professionalların varlıği və onların bu işin öhdəsindən gəlib-gəlməmə bacarığı ilə məhdud deyil. Kaş belə olsa… Başqa sözlə, professor Meyerin fikirlərinə qayıdıb internetin Azərbaycan jurnalsitikası və mətbuatı üçün oxucu problemi yaradıb yaratmadığına baxsaq, onda görərik ki, əcnəbini çap mətbuatından uzaqlaşıran səbəblə Məmməd kişini çap mətbuatına yaxın qoymayan səbəblər bambaşqadır. Daha Məmməd kişinin komputəri olub-olmadığını dəmirəm…
Rizvan Qənbərli
mediAnaliz arxivindən
30 aprel 2005
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.