Bu da mənim “Media Açarı”m

478“Media açarı -2009” mükafatları sahiblərinə təqdim olundu. Aləm də qarışdı. Mükafat almayanlar seçimin ədalətsizliyinə, alanlar isə mükafat məbləğinin azlığına üsyan etməyə başladılar.

Bunların hamısı təbiidir. Təbiidir, ona görə ki, harada qiymətləndirmə və seçim varsa, orada mütləq narazılıq da olmalıdır.

Ancaq narazılığı bildirmə və o narazılığa cavab vermə cəhdlərində elə bir üslub xətası var ki, düşündürücüdür. Ortada bir həqiqət var. Azərbaycan jurnalisti əməyinin qarşılığını (həm maddi, həm mənəvi) ala bilmir. “Media Açarı” formatlı peşə mükafatları belə bir şəraitdə əməyinə qiymət axtaranların təsəlli yeri olur. Təsəllini tapanlar üsyan etdikləri haqsızlıqların media dünyasında da yaşandığına şahid olur,  təsəllini tapa bilməyənlər də ki, məlumdur.

Təsəllini tapanlar da, tapmayanlar da hazır olsun. “Media Açarı”nın təşkilatçı, münsif və iştirakçılarına bir də mən mükafat vermək istədim. Təşkilatçısı da mənəm, münsifi də. Nominasiyalar çox, namizədlər tək olduğu üçün seçim aparmaq asan və ədalətli oldu. Heç kimin inciməyəcəyindən əminəm.  

 ƏN ZARAFATCIL TƏŞKİLATÇI

Yadigar Məmmədli – “Yeni Müsavat” əməkdaşına “sizi təbrik edirəm, mükafatçılar sırasında siz də varsınız” deyə “zarafat” etdiyinə görə.  

ƏN TÜSTÜLÜ TƏŞKİLATÇI

Arif Əliyev -  “Yeni Müsavat”a xitabən “Mənbən var – açıqla. Yoxdur – araya tüstü buraxma” deyib  onlardan da “Tüstünün haradan çıxdığını indi hər kəs özü görə bilər” cavabını aldığına görə

ƏN CIĞAL JURNALİST

Zabil Müqabiloğlu – Mükafat almayıb ortalığı qarışdırdığına görə,

ƏN FÜRSƏTCİl REDAKTOR

Rauf Arifoğlu -  “Media Açarı” münsiflərinin seçimindən kənar qalan əməkdaşına özü mükafat verərək polemikaları şouya çevirdiyinə görə,

ƏN XƏSİS JURNALİST

Aynur Elgünəş – Mükafat məbləğinin 200 manatdan 85 manata azaldılmasına etiraz etdiyinə görə,

ƏN GÖZÜTOX JURNALİST

Babək Bəkir -  Müsabiqədə verilən pul mükafatına əhəmiyyət vermədiyinə görə,

ƏN HƏVƏSSİZ JURNALİST

Arzu Abdulla: Mükafat məbləğinin azaldılmasına etiraz olaraq layiq görüldüyü həvəsləndirici pul mükafatını gedib götürmədiyinə görə,

ƏN ORTANCIL MÜNSİF

Elxan Şahinoğlu  - Mükafatlandırma seçimlərinə etiraz səsləri  yüksələndə könül almaq üçün yazdığı məqalədə hamını haqlı çıxardığına görə,

ƏN ÇAŞQIN MÜNSİF

Qulu Məhərrəmli - İddialara görə, mükafat məbləğini dollar əvəzinə manatla açıqladığına görə.

jurnalistler.com

You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

1 Şərh »

 
  • Nəsimi says:

    Musteqil olmayan mediaya acar lazimdirmi? Axi sen o acari icazesiz istifade ede bilmeyeceksen!!!!!!!

 

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>