“Adının çəkilməsini istəməyən” mənbə nədən danışa bilər?
“Zaman” qəzetinin 30-31 iyul tarixli sayını oxuyurdum. İç səhifələrindən birində belə bir xəbər başlığı diqqətimi çəkdi: “Kommunal sektorda ciddi qiymət artımı gözlənilir”. Başladım oxumağa. Elə ilk cümlələrində xəbərin müəllifi yazırdı ki, “Bu məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən iqtisadçı ekspertlərdən biri verib”.
Gülüm, yoxsa ağlayım, bilmədim. Razıyam, qəzetlərimizdə o qədər anonim mənbəli gülünc (və çox vaxt da uydurma) xəbərlər yer alır ki, bu xəbər onların yanında toya getməlidir. İş orasındadır ki, (oxucu kimi deyirəm ha) xəbərdəki məlumatların jurnalist uydurması olmadığı aşkardır. Heç bir ağılsız jurnalist rəqəmli xəbərə fəsad qarışdırmaz axı… İş orasındadır demişdim, yenə deyim, bu səfər bizim jurnalistləri informasiya ilə bəsləyən mənbə özü-özünü gülünc vəziyyətə salır.
“Zaman” qəzetində dərc olunmuş xəbərin mənbəyi həqiqətən məni çox maraqlandırır. Axı hansı əlahiddə, dövlət əhəmiyyətli bir məlumatı ötürürsən ki, adını da açıqlamaq istəmirsən? Danışdığın məqamlar, verdiyin rəqəmlər bir iqtisadçıdan gözlənilən məlumatlardır. Üstəlik çox da “bar-bəhrəli” hesab olunacaq proqnoza müəlliflik edirsən? Bəs özünü nədən (kimdən) gizlədirsən? Düşünmək məcburiyyətindəyik. Bu dərəcə sadə və bəsit informasiyalarda da jurnalistlərə dəstək verməli şəxslər “adını açıqlamaq istəməyən mənbə”yə çevrilirsə, bu dəhşətlidir.
Ən dəhşətlisi isə, belə informasiyaları “anonim mənbə” çadrasına bürüyərək yaymaqdır ki, bunu da qəzetlərimiz edirlər. Qəzetin jurnalisti var, redaktoru var, o var, bu var… Kimsə soruşmaz ki, ay qadan alım, axı özünü niyə gizlədirsən? “Votergeyt” skandalını ötürmürsən mətbuata. Olsa-olsa iqtisadçı ekspert kimi danışırsan da. Tarif Şurasına yaxın dövlət rəsmisi deyilsən ki, sonra səni qınasınlar, vəzifəndən kənarlaşdırsınlar, qazamata atsınlar. Bunu da jurnalist düşünməlidir, soruşmalıdır, mühakimə etməlidir. Gizli verdiyi mənbənin ötürdüyü məlumatı qiymətləndirməlidir.
Jurnalistikanın elə prinsipləri var ki, məqamı yetişəndə o prinsiplər peşə fəaliyyətinin sığortası olur. Anonim mənbə də bu prinsiplərdəndir. Ancaq hər yerdə bu üsula əl atmaqla jurnalistlərimiz yetişəsi məqamlara sığortasız gedirlər.
Jurnalistika təhsili alan hər bir tələbəyə öyrədilən sadə bilgilərdən biri də budur ki, əgər xəbər mənbəyi kimliyinin bilinməsini istəmirsə, onun bu istəyinə əməl edin. Əməl edənlər də işin içindən çıxmaq üçün “adını açıqlamaq istəməyən”, “səlahiyyətli şəxslər” sözləri ilə mənbə gizliliyi prinsipinə sadiq qalırlar. Mənbə gizliliyi jurnalist üçün son dərəcə vacib bir prinsipdir. “Nyu York Tayms” qəzetinin baş redaktoru Bill Kellerin dediyi kimi, “adının açıqlanmasını istəməyən mənbələrlə işləməmək axmaqlığın ən yekəsidir”. Elə mənbələrlə işləməli olursan ki, qətiyyən adını açıqlaya bilməzsən, ancaq verdiyi məlumatı da mütləq yazmalısan, çünki əhəmiyyətli informasiyadır. Anonim mənbə prinsipi belə məqamlarda köməyə yetişir. Ancaaaq. Masa başında uydurulan neçə-neçə xəbərin mənbəyi də ya “adını açıqlamaq istəmir”, ya “hökumətə yaxın mənbə”dir, ya da “səlahiyyətli”dir. Nə isə.
“Adının çəkilməsini istəməyən”in canı çıxsın!
“Gizli mənbə” dən ən çox istifadə edib, sonra quyruğunu çöldə qoyan tanınmış bir qəzetin təcrübəsinə nəzər salaq. “Nyu York Tayms” qəzetinin ombudsmanı Klark Hoyt deyir ki, anonim mənbələr jurnalistikanın həm can damarı, həm də zəhəridir. Qəzetin müxbirlərindən Ceyson Bleyr saysız-hesabsız yalan xəbər yazdığı üçün qəzet böhranla üzləşmiş və bərbad imicdən xilas olmaq üçün 2004-cü ildə Klark Hoytu qəzetin ombudsmanı seçmişdi. O da işə başlar-başlamaz bir sıra araşdırmalar apardıqdan sonra qərara gəlmişdi ki, xəbər mənbəyini gizli saxlayaraq informasiya yaymaq ən axırıncı variant olmalıdır. Sonra da qaydaları belə müəyyən etmişdilər:
1 – Heç olmasa bir redaktor, hər “gizli” mənbənin kimliyini bilməlidir.
2- Açıq mənbələr dura-dura, gizli mənbələrə istinad edilməməlidir.
3- Gizli mənbələr verdiyi məlumatın birinci dərəcəli sahibi olmalıdır.
4- Adi, bəsit məlumatlar və şərhlər, ya da boş yerə əhəmiyyətli imiş kimi göstərilmək istənən məlumatlar anonim mənbəyə istinadən verilməməlidir.
jurnalistler.com
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can skip to the end and leave a response. Pinging is currently not allowed.



Jurnalistikamızın ağrılı yerlerindendir. Mesele ondadir ki, “jurnalistlerimiz” bele elemekle “oturduqları budağı kesirler”. Özü yıxılan ağlamaz
Maraqlı fikirdi. Ancaq mene gore en vacib amil inamdir. Men shexsen bele yazilari oxumamaqi tercih edirem. Tanimadiqim, oz fikrini ifade etmekden aciz olan bir adamin sherhine nece inana bilerem? O ekspertin (?) ozune inami yoxdu ki, me de ona ve onun ikirlerine inanim.
Bezen jurnalistler ozleri ekspert adindan yazmaqa ustunluk verirler ki, oxucuda yaziya qarshi inam yaransin. Mence adini cekmek istemeyen ekspertdense jurnalistin shexsi sehrhlerine inanmaq daha asandir. Diger terefden, ixtisaslashmish jurnalistin iqtisadi meselelerle baqli fikir yazmaqi ucun istisadi eksperte o qeder de ehtiyaci olmamalidir. Xususen de bu cur meselelerde. Jurnalistikamizi berbad gune dushmesinin sebeblerinden biri de ele budur.
O ki qaldi gizli menbeye, bu sadece xeber ucun gecerlidir. Yeni xeberin menbeyini gizli saxlaya bilersen, her hansi mesele ile baqli sherh veren ekspertin deyil.
Gizli mənbənin qorxusundan olmasından bütün bunlar? Sən nə cürətlə yazmısan ki, qiymətlər qalxır, böhtan atırsan güllük gülüstanlıq Azərbaycanımıza. Bir baxmısan bir kafedə dava dalaş sonra xuliqanlıqdan hooppp. Təbii digər tərəfdən diktatorluğu yenəbilmək üçün qorxunu yenəcəksən ilk öncə.
En cox etibar edilesi qezet ele Zamandi.. Kimse oz adini demek istemirse bu da normal haldi. Pishiyin agzi ete catmayanda…
Duzdur, ad chekildi chekilmedi, bunun meseleye dexli yoxdur, esas odur ki informasiya doghru olsun.