HAQQIMDA

rizvanŞamaxı rayonunda anadan olan müəllif 1992-ci ildə orta təhsilini başa vurduqdan sonra Türkiyənin Ankara Universitetinin jurnalistika fakültəsinə qəbul olunub.

Ali təhsilini başa vurduqdan sonra 1998-ci ildə Ankara Universitetində jurnalistika ixtisası üzrə magistratura təhsilinə başlayıb.

2000-2001-ci illərdə UMAQ Araşdırmacı Jurnalistlik Vəqfinin imtahanını qazanmaqla təqaüdlü olaraq “Araşdırmacı jurnalistlik” kursu alıb və “Araşdırmacı jurnalist” sertifikatıyla təltif edilib.

2001-ci ildə Türkiyə-Azərbaycan Media Araşdırmaları Mərkəzini (TAMAM) quraraq Türkiyə-Azərbaycan əlaqələrində medianın rolu və yeri haqqında müxtəlif araşdırma və hesabatların hazırlanmasını təşkil edib.

2001-ci ildə “Keçid dövründə Azərbaycanda jurnalist kimliyi və jurnalistika peşəsi” mövzusunda elmi işini müdafiə edərək “magistr” dərəcəsi alıb.

Daha sonra, Ankara Universitetində jurnalistika ixtisası üzrə doktorantura təhsilinə başlayıb.

KİV və strategiya, seçki texnologiyaları, siyasi imic, jurnalistika, ictimaiyyətlə əlaqələr vs. mövzularda elmi araşdırmaları olan müəllif jurnalistika sahəsində ikisi Türkiyədə, biri Azərbaycanda çap olunan üç kitabın yazarıdır.

Belə ki, müəllif “Azerbaycanda Gazeteci ve Gazetecilik” (Türkiyə),  “Medya ve Sağlık” (Türkiyə) və “Jurnalistin əl kitabı”(Azərbaycan) adlı üç kitabı qələmə alıb.

TAMAM sədrliyi ilə yanaşı Türkiyədə reklam və PR sektorunda çalışan, uzun müddət Türkiyədə bir qeyri-hökümət təşkilatının mətbuat xidmətinə rəhbərlik edən müəllif 2004-cü ildən Azərbaycanda yaşayır.

2004-06-cı illərdə Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) mətbuat katibi, 2006-2007-ci illərdə isə “Marketinq” jurnalının baş redaktoru vəzifələrində işləyib. Hal-hazırda təsisçisi olduğu müstəqil reklam agentliyinin baş direktoru vəzifəsində çalışır.

Şərhlər bağlıdır.