Arxiv

“Adının çəkilməsini istəməyən” mənbə nədən danışa bilər?

“Zaman” qəzetinin 30-31 iyul tarixli sayını oxuyurdum. İç səhifələrindən birində belə bir xəbər başlığı diqqətimi çəkdi: “Kommunal sektorda ciddi qiymət artımı gözlənilir”. Başladım oxumağa. Elə ilk cümlələrində xəbərin müəllifi yazırdı ki, “Bu məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən iqtisadçı ekspertlərdən biri verib”.
Gülüm, yoxsa ağlayım, bilmədim. Razıyam, qəzetlərimizdə o qədər anonim mənbəli gülünc (və çox vaxt da [...]

Davamını oxu

Bu da mənim “Media Açarı”m

“Media açarı -2009” mükafatları sahiblərinə təqdim olundu. Aləm də qarışdı. Mükafat almayanlar seçimin ədalətsizliyinə, alanlar isə mükafat məbləğinin azlığına üsyan etməyə başladılar.
Bunların hamısı təbiidir. Təbiidir, ona görə ki, harada qiymətləndirmə və seçim varsa, orada mütləq narazılıq da olmalıdır.

Davamını oxu

Ekranın “gör” dediyi…

“Görən iqtidardır, ya görülməyən, yoxsa görünmədən görənmi?”
Michael Foucault
Oruell qorxurdu ki, haçansa kitabı qadağan edəcəklər. Hyuksli isə qorxurdu ki, buna heç lüzum qalmayacaq, çünki kitab oxumaq istəyən heç kim tapılmayacaq. Oruell həqiqətin gizlənməsindən, Hyuksli isə heç kimin həqiqəti vecinə almayacağından qorxurdu. Oruell ehtiyat edirdi ki, bizi nifrət etdiyimiz şeylər məhv edəcək. Hyuksli isə çəkinirdi ki, əksinə, [...]

Davamını oxu

Azərbaycanda sarı mətbuat varmı?

Reklamçılıqda rənglərə xüsusi diqqət yetirilir. Reklam dünyasında sarı rəng müvəqqətiliyin, ani diqqət cəlb etmənin simvolu olaraq istifadə olunur. Misal üçün taksilərin rəngi sarıdır, ani şəkildə sərnişinlərin diqqətini oyandırsın və gəlib keçdiyi bilinsin deyə… Və yaxud avtomobil icarə şirkətləri də (rent a car) sarı rəngdən istifadə etməklə öz müştərilərinə “sizə verdiyimz maşın müvəqqətidir, geri qaytarmağı unutmayın” [...]

Davamını oxu

“Jurnalistikanı jurnalistlərdən başqa heç kəs xilas etməyəcək”

“Üç Nöqtə” qəzetinə müsahibə
Aynur Eyvazlı
Rizvan Qəmbərli: “Əsas məsələ Azərbaycan jurnalistikasIndan qopmadan qərb təcrübəsini öyrənməkdir”
Bu yaxınlarda “Jurnalistin əl kitabı” ictimaiyyətə təqdim edildi. Kitab jurnalistlər tərəfindən maraqla qarşılandı. Ən azı müəllifin fikirlərinə və jurnalistikanın prinsiplərinə yanaşma tərzinə görə. Həm də bu bir azərbaycanlının qərb nəzəriyyəsinə kifayət qədər bələd olan və ona əsaslanaraq yazmış olduğu əsər idi.

Davamını oxu