Yeni yazılar

“Mətbuat Şurası “reket qəzet” axtarışındadır, onları tapır, amma problemi həll edə bilmir”

MEDİA EKSPERTİ RİZVAN QƏNBƏRLİ MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIR  

– Həm Türkiyə, həm də Azərbaycan mətbuatına yaxından bələdsiniz. Fərqi necə izah edərdiniz?
- Azərbaycan mətbuatı ilə müqayisədə Türkiyə mətbuatının çoxlu üstün cəhətləri var. Bu ölkənin mətbuatı bizimki ilə müqayisə olunmayacaq dərəcədə maddi-texniki bazaya malikdir. Türkiyə qəzetlərinin ölkənin demək olar ki, hər bir tərəfini əhatə edən yayım şəbəkələri mövcuddur. Jurnalistlərin peşəkarlığı, mətbuata cəmiyyətin münasibəti, operativlik və s. Türkiyə mətbuatını fərqləndirən başlıca xüsusiyyətlərdir. Azərbaycan mətbuatının mövcud durumunu təsvir etmək üçün uzağa getmək lazım deyil. Sadəcə, səbr edib, son 10-15 ilin qəzetlərinə göz atmaq kifayətdir. Bu baxış bizə göstərəcək ki, bu illər ərzində mətbuatda inkişaf prosesi çox ağır gedir. Qəzetləri incələyəndə görürük ki, mətbuat neçə illərdir eyni problemləri müzakirə edir. Problemlərin xarakteristikası inkişafın göstəricisi hesab olunur. Əgər son onillik ərzində müzakirə olunan  problemlər dəyişməyibsə, deməli inkişafdan söhbət gedə bilməz.
Hər hansı xüsusi müşahidə aparmadan, sadəcə mətbuatın son onillik gündəminə istinad etsək, bu problemlər özünü qabarıq göstərir: söz azadlığının pozulması, maddi-iqtisadi çətinliklər, oxucu problemi, peşəkarlıq problemi, təzyiqlər…
(more…)

2009-cu ilin media trendləri

Bir il daha geridə qaldı. Bəs ötən ildə Azərbaycan mediası sektorun və peşənin gələcəyi baxımından ən çox nəyi müzakirə etdi görəsən? Yadımda qaldığı qədər ilə ötən il ekrana və qəzet səhifələrinə mövzu olan başlıca media trendlərini 6 başlıqda cəmləşdirdim. (more…)

jurnalistler.com “Milli Net 2009″ müsabiqəsinin qalibi oldu

millinet_qalib

Azərbaycan İnternet Forumunun keçirdiyi «Milli Net 2009» müsabiqəsinin 11 nominasiya üzrə qalibləri müəyyən edilib. «APA-ECONOMICS»in məlumatına görə, müsabiqənin nəticələrinə əsasən, ən yaxşı korporativ sayt nominasiyasında www.mazda.az, qeyri-kommersiya saytları arasında www.adam.az, media nominasiyasında www.azadliq.az, mədəniyyət ,incəsənət, tarix və turizm nominasiyasında www.azerbaijan.az, ailə, uşaq və sağlamlıq nominasiyasında www.evlenirik.biz, idman nominasiyasında www.qol.az, fərdi saytlar və bloqlar nominasiyasında www.jurnalistler.com, xidmət (servis) nominasiyasında www.avtomobil.az, elm və təhsil nominasiyasında www.bsu.edu.az, dövlət və bələdiyyə saytları nominasiyasında www.taxes.gov.az, əyləncə nominasiyasında isə www.milyarder.oyunlar.az qalib gəlib.
(more…)

“Adının çəkilməsini istəməyən” mənbə nədən danışa bilər?

menbe2“Zaman” qəzetinin 30-31 iyul tarixli sayını oxuyurdum. İç səhifələrindən birində belə bir xəbər başlığı diqqətimi çəkdi: “Kommunal sektorda ciddi qiymət artımı gözlənilir”. Başladım oxumağa. Elə ilk cümlələrində xəbərin müəllifi yazırdı ki, “Bu məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən iqtisadçı ekspertlərdən biri verib”.

Gülüm, yoxsa ağlayım, bilmədim. Razıyam, qəzetlərimizdə o qədər anonim mənbəli gülünc (və çox vaxt da uydurma) xəbərlər yer alır ki, bu xəbər onların yanında toya getməlidir. İş orasındadır ki, (oxucu kimi deyirəm ha) xəbərdəki məlumatların jurnalist uydurması olmadığı aşkardır. Heç bir ağılsız jurnalist rəqəmli xəbərə fəsad qarışdırmaz axı…  İş orasındadır demişdim, yenə deyim, bu səfər bizim jurnalistləri informasiya ilə bəsləyən mənbə özü-özünü gülünc vəziyyətə salır. (more…)

Bu da mənim “Media Açarı”m

478“Media açarı -2009” mükafatları sahiblərinə təqdim olundu. Aləm də qarışdı. Mükafat almayanlar seçimin ədalətsizliyinə, alanlar isə mükafat məbləğinin azlığına üsyan etməyə başladılar.

Bunların hamısı təbiidir. Təbiidir, ona görə ki, harada qiymətləndirmə və seçim varsa, orada mütləq narazılıq da olmalıdır. (more…)